3 oktyabr 2023 at 12:44
Jurnalist kodu: 5487
Xəbər kodu: 85246606
T T
0 Persons

Tags

Qoşulmama Hərəkatı: Terrorla mübarizə bəhanəsi ilə ölkələrə qarşı güc tətbiqi və təhdidlər qəbuledilməzdir

Nyu York - İRNA - İranın BMT-dəki səfiri və nümayəndəsinin müavini Qoşulmama Hərəkatı adından elan edib: “Bu Hərəkat terrorizmlə mübarizə və ya siyasi məqsədlərə nail olmaq bəhanəsi, o cümlədən birbaşa və ya dolayısı ilə terrorizmi dəstəkləyən ölkələr kimi təsnif etməklə hər hansı bir ölkə tərəfindən Hərəkatın hər hansı üzv ölkəsinə qarşı hər hansı hərəkət, gücdən istifadə və ya güc tətbiq etmə hədəsini qəbuledilməz hesab edir.”

İRNA-nın Nyu-Yorkdakı müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini doktor Zəhra İrşadi, bazar ertəsi yerli vaxtla 2 oktyabrda Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının 78-ci Sessiyasının 6-cı Komitəsində 109-cu Gündəliyin “Beynəlxalq terrorizmin aradan qaldırılması üçün tədbirlər” başlığı ilə bu Hərəkatın bəyanatını oxuyub.

Səfir və İranın BMT-dəki nümayəndəsinin müavini tərəfindən oxunan bu bəyanatın mətnində deyilir:

“Qoşulmama Hərəkatı terrorizmin bütün forma və təzahürlərində, o cümlədən istənilən yerdə, hər kəs tərəfindən, kiməsə qarşı törədilmiş terrorizmin bütün aktlarını, üsullarını və təcrübələrini, o cümlədən hökumətlərin bilavasitə və ya dolayısı ilə müdaxilə etdiyi hərəkətləri –ki, hec cür haqq qazandırmaq olmaz– açıq şəkildə rədd edir.

Bundan əlavə, terrorizm heç bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirilə bilməz və əlaqələndirilməməlidir. Bu fenomen terrorizmə və ya terrorizmə qarşı mübarizə tədbirlərinə, o cümlədən terrorizmdə şübhəli bilinən şəxslərin axtarışına və insanların şəxsi həyatına müdaxiləyə haqq qazandırmaq üçün bir vasitə kimi istifadə edilməməlidir.

Qoşulmama Hərəkatı bütün ölkələri terrorizmin istənilən siyasi, diplomatik, mənəvi və ya maddi dəstəyini pisləməyə və onun genişlənməsinin qarşısını almağa çağırır. Qoşulmama Hərəkatı bütün ölkələri BMT Nizamnaməsinə uyğun olaraq və beynəlxalq öhdəliklərini yerinə yetirərkən qaçqın statusu və ya hər hansı digər hüquqi statusdan terror aktlarının icraçıları, təşkilatçıları və ya yardımçıları tərəfindən sui-istifadə edilməməsini təmin etməyə çağırır. Onların siyasi motivli olması ilə bağlı iddialar onların ekstradisiyasına dair sorğuların rədd edilməsi üçün əsas kimi tanınmır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .